AZ

Valideynlərə xəbərdarlıq: Bu səhvləri etməyin!

Bəzi valideynlər uşaqlarını böyüdərkən istirahətlərinə, sağlamlıqlarına diqqət etmirlər, nəticədə isə stress və yorğunluğa cavab olaraq tükənmişlik yaşayırlar.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, psixoloqlar bununa bağlı ciddi xəbərdarlıqlar edirlər.

"Çox vaxt valideynlər uşağa bir layihə kimi baxırlar. Onlar sanki bu tapşırığı öhdələrinə götürməli və tamamlamalıdırlar. Bir çox insan istirahətə məhəl qoymur və "batareyanı" doldurmur. Həddindən artıq gərginlik və sonradan tükənmə bədənimizin bizdən kömək istəməsinə gətirib çıxarır.

Hazırda ailənin bütün səyləri çox vaxt uşaqların inkişafına yönəlir. Nəticədə valideynlər övladından emosional uzaqlaşma, valideynlikdən həzz ala bilməmə və özlərində məyusluq hiss edə bilərlər. Tükənmişlik əlamətləri olan valideynlərin istirahətə vaxt ayırmaları çox önəmlidir. Bundan əlavə, həyat yoldaşlarının özlərini birlikdə vaxt keçirməkdən məhrum etməmələri vacibdir", - deyə məlumatda bildirilib.


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
28
1
teleqraf.com

2Mənbələr