AZ

La Liqa: Vinisiusdan het-trik, "Real Madrid"dən darmadağın

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İspaniya La Liqasında 13-cü turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, son çempion "Real Madrid" doğma azarkeşləri qarşısında "Osasuna"nı sınağa çəkib.
Kral klubu rəqibinin qapısından 4 cavabsız top keçirib. Vinisius het-triklə yadda qalıb - 4:0.
Qeyd edək ki, bu nəticədən sonra Karlo Ançelottinin yetirmələri 27 xalla yarış cədvəlində ikinci pillədə qərarlaşıblar. Onlar lider "Barselona"dan 6 xal geri qalırlar. "Osasuna" isə 21 xalla turnir cədvəlində 5-cidir.
Seçilən
27
oxu.az

1Mənbələr