AZ

Kurban Berdıyev və Elvin Məmmədov heç-heçəni şərh etdilər

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 13-cü turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcübəli müyəxəssis 1:1 hesabıyla başa çatmış oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İki fərqli hissə izlədik. Birinci hissədə oyunumuz alınmadı. İkinci hissədə səhvləri düzəldib, daha yaxşı təsir bağışladıq. İkinci hissədə sərgilədiyimiz oyunu nəzərə alsaq, deyə bilərik ki, bu gün iki xal itirdik”.

Kurban Berdıyev süni örtüklü meydanda oynamağın çətinliyi və bu matç zamanı aqressiv təsir bağışlaması barədə sualları da cavablandırıb6

“Süni meydanda oynamaqdan şikayətimiz yoxdur. Çünki şərtlər hamı üçün eynidir.

Bu gün aqressiv olduğumu deməzdim. Aqressiv deyildim, sadəcə, futbolçularımın daha sürətli oynamaqlarını istəyirdim”.

“Səbail”in müvəqqəti baş məşqçisi təyin olunmuş Elvin Məmmədov isə bunları söyləyib:

“Yaxşı oyuna şahidlik etdik. Bu dörd gündə komandamıza kömək olmağa çalışdıq. Bugünkü bir xal bizi sevindirir. Rəhbərliyə təşəkkür edirəm ki, bizə şans verib. Bundan sonra necə olacaqsa, bu, artıq klub rəhbərliyinin verəcəyi qərardır.

Qələbə hesabını qorumağa nə mane oldu? Nüanslar çoxdur. Əsas problem fiziki durumla bağlıdır. Bu problemi yoluna qoysaq, hər şey daha yaxşı olacaq”.

Qeyd edək ki, “Səbail” – “Turan Tovuz” matçında hesabı meydan sahibləri açsalar da, qonaqlar matçın son dəqiqələrində buraxılan topun əvəzini çıxıblar. Beləcə, tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər. Bu nəticədən sonra “Turan Tovuz” 26 xalla 3-cü sırada qərarlaşıb. “Səbail” isə 8 xalla 9-cudur.

Seçilən
75
arena.az

1Mənbələr