Ölkə çempionatının 13-cü turunda "Turan Tovuz" səfərdə "Səbail"ləheç-heçəyə razılaşıb -1:1.
"Football-plus.az" xəbər verir ki, oyundan sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev əvvəlcə matç barədə fikirlərini bildirib, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
"İki fərqli hissə izlədik. Birinci hissədə oyunumuz alınmadı.Birinci hissədə düzgün düzülə bilmədik. Epizodlarda rəqib daha yaxşı görünürdü. İkinci hissədə düzəlişlər etdik. Daha yaxşı oynadıq".
- Süni örtüklü meydançada oynamaq futbolçulara çətinlik yaratmadı?
- Şərtlər hamı üçün eynidi. Şikayətimiz yoxdu. Hər iki komanda eyni meydanda oynadı.
- "Turan Tovuz" 2 xal itirdi, yoxsa 1 xal qazandı?
- İkinci hissəni nəzərə alsaq, iki xal itirdik.
- Sizi mülayim məşqçi kimi tanıyırıq. Bu gün sanki aqressiv idiniz…
-Belə deməzdim. Aqressiv deyildim, sadəcə, istəyirdim futbolçularım daha tez oynasınlar.
RÖYANƏ OĞUZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta