«Qarabağ» qış fasiləsində minimum hücumçu transfer edəcək.
Bu, Qurban Qurbanovun rəhbərlikdən istəyidir.
Komandanın mövcud vəziyyəti ilə bağlı funksionerlərlə müzakirə aparan baş məşqçi ön xətt oyunçularının çıxışından narazılığını ifadə edib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının pley-off mərhələsində mübarizəni dayandırmağın, həmçinin Avropa Liqasının Liqa mərhələsinin ilk 3 turunda qeydə alınan məğlubiyyətin səbəbləri arasında bunu da göstərib.
Qurbanov bildirib ki, sərəncamındakı forvardların yaradılan qol imkanlarından istifadə faizi kifayət qədər aşağı düşüb və o, çıxış yolu kimi yeni transferin həyata keçirilməsini qeyd edib.
Azərbaycanın ən yaxşı futbol mütəxəssisinin fikrincə, hücum zonasında rəqabətin gücləndirilməsi ilə sözügedən problem aradan qalxacaq, artıq heç kim özünü əvəzolunmaz saymayacaq.
SPORTİNFO.AZ