07 noyabr 2024-cü il tarixində Zərdab rayonu Burunlu kənd Elçin Rəhimov adına ümumi orta məktəbin Psixoloqu İlkanə Həsənli Zəfər Gününə həsr olunmuş tədbir təşkil etdi. Tədbirə başlamazdan öncə şəhidlərimizin müqəddəs xatirəsi dərin ehtiramla yad edildi. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və hər kəs bayrağımıza və Vətənə olan sevgisini duyğulu anlarla ifadə etdi.
Məktəbin direktoru Fəridə Usubova çıxış edərək Zəfər Gününün əhəmiyyətindən bəhs etdi. Ardınca məktəbin müəllimləri də öz ürək sözlərini bölüşdülər.
Tədbirin aparıcıları öz təsirli çıxışları ilə tədbirə rəng qatdılar. Tədbirin sonunda məktəbin psixoloqu İlkanə Həsənli Elçin Rəhimov adına Burunlu kənd ümumi orta məktəbinə ölkəmizin qürurunu və birliyini təcəssüm etdirən xüsusi bir hədiyyə təqdim etdi. Bu hədiyyə – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Qarabağ Azərbaycandır!" ifadəsinin yer aldığı çərçivəli şəkil oldu. Bizə Zəfər sevincini yaşadan və bu qürur dolu anları bəxş edən məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir.
Bu tədbir hər kəsə həm birlik, həm də Vətən sevgisini dərinləşdirən qürurverici bir an yaşatdı.
Məktəbin psixoloqu İlkanə Həsənli vurğuladı ki, Bu gün biz burada yalnız Zəfər Gününü qeyd etmirik, həm də xalqımızın birliyini, Vətənə olan sevgisini və qəhrəmanlarımızın əziz xatirəsini yad edirik. Bu Zəfər hər birimizin qəlbində əbədi yaşayacaq və gələcək nəsillərə örnək olacaq. Bizim qazandığımız bu qələbə təkcə torpaqlarımızın azadlığı deyil, həm də bir xalq olaraq gücümüzün və iradəmizin simvoludur. Qarabağ Azərbaycandır!