"Hər birinizi bayram münasibətilə təbrik edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Üçrəngli bayrağımız daim dalğalansın".
QOL.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Sabah"la 2:2 hesabı ilə heç-heçə etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, oyunla bağlı fikirlərini bölüşüb: "Gərgin oyun oldu. Düşünürəm ki, ikinci hissədə fərqli oyun oynadıq. Son 15 dəqiqə gərgin keçdi. Oyunu qazanmaq istəyirdik. Heç-heçəni belə düşünmürdük. Komandada daim qələbə ruhu yaşatmaq istəyirəm. Qələbə istəyəcəksənsə heç-heçə sənin olacaq. Döyüşkənliyi meydanda ortaya qoymadıqda rəqib həmişə üstünlüyü ələ keçirəcək. Buna görə də birinci amalımız döyüşkən komanda yaratmaq, heç kimdən çəkinməməkdir".