Azərbaycan futbolunda nadir rast gəlinən olay yaşanıb.
Sportinfo.az xəbər verir ki, I Liqanın 7-ci turu çərçivəsində keçirilən “Karvan” – “Cəbrayıl” matçında (1:2) maraqlı evlilik təklifi edilib.
Yevlax stadionunun tribunasında “Səbinə, Oqtayla evlənərsən?..” yazılmış plakat açılıb.
Bu, “Karvan”ın U-13 komandasının baş məşqçisi Oqtay Əliyevin istəyi ilə reallaşıb. O, seçdiyi xanıma evlilik təklifini orjinal yolla çatdırıb.