AZ

Azər Bağırov: "Hamı gənc kadrlara şübhə ilə yanaşır"

"Kəpəz" Misli Premyer Liqasının XIII turunda səfərdə "Sabah"la 2:2 hesablı heç-heçə edib.

Sportnet.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hər kəsi Zəfər Günü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Gərgin oyun oldu. Qələbə qazanmaq istəyirdik. Heç vaxt heç-heçə barədə düşünmürük. Komandada qələbə ruhunu yaşatmaq istəyirəm. Amalımız döyüşkən komanda yaratmaq, heç kimdən çəkinməməkdir.

- Hakimliklə bağlı fikriniz necədir?

- Rəşad Əhmədov ötən mövsüm XXVI turda cəzalandı, sonra 10 tur təyinat almadı. Yəqin ki, səbəbləri var idi. Bu gün də VAR-da Rəşad əyləşmişdi. Yaxşı bir şey gözləmirdim.

- Milli fasilə komandanıza necə təsir edəcək?

- Müsbət tərəfi də ola bilər, mənfi tərəfi də. İnanıram ki, fasilə xeyrimizə işləyəcək. Oyundan-oyuna komandada döyüşkənlik artır. Bu, müsbət haldır. Fasilədən sonra çalışacağıq ki, daha yaxşı olaq.

- Gəncəli veteranlar sizdən narazı idiArtıq narazılığın bitdiyini demək olar?

- Təbii haldır. Hamı gənc kadrlara şübhə ilə yanaşır. Şükürlər olsun ki, bugünkü gündə dəstəyimiz var. Azarkeşlərimiz oyunlara gəlirlər. Gəncədə futbolu sevirlər. Hərənin sevgisi bir cür ola bilər. Amma nəticə də çox önəmlidir. "Səbail"lə oyunda bir az zəif çıxış etdik, amma nəticə qazandıq. Məncə, azarkeşlərimizin rəğbətini qazanmışıq və bizi sevirlər, dəstəkləyirlər.


Seçilən
6
5
sportnet.az

6Mənbələr