Misli Premyer Liqasının XIII turunda "Sabah" "Kəpəz"lə 2:2 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Azər Bağırov fikirlərini bölüşüb:
"Allah qazilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət etsin. İnşallah, bayrağımız daim dalğanalsın.
Gərgin oyun oldu. Matçı 3 hissəyə bölmək istəyirəm: bizim qola kimi, bundan sonra və heç-heçəyə doğru. Heç vaxt bərabərliklə barışmamışam. Bütün oyunlarda qələbə qazanmaq istəyirik. Mübarizəyə davam edəcəyik".