...Yüksək qan şəkəri səviyyəsi II tip diabetin inkişafına səbəb ola bilər, ona görə də bu səviyyəni normal həddə saxlamaq vacibdir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu TSN yazır.İngilis həkimlər balqabaq toxumu yeməyi məsləhət görürlər. Bir xörək qaşığı qan şəkərinin səviyyəsini dərhal 35 faiz azaldır. Toxumlar ayrıca istehlak vəmüxtəlif yeməklərə və ya çörək məhsullarına əlavə edilə bilər.
Balqabaq toxumu güclü lif, maqnezium və sink mənbəyidir. Xüsusilə yüksək şəkər problemi olanlar üçün sink vacibdir, çünki o, insulini sintez edir və insulin yollarını aktivləşdirir. Bundan əlavə, məhsulda çoxlu doymamış yağ turşuları və lif var ki, bu da qan şəkərini azaltmağa kömək edir.
Lif uzun müddət ərzində qlükozanın udulmasını gecikdirərək şəkər sıçrayışlarının qarşısını ala bilər. O, həmçinin bədəni doyurur və iştahı azaldır, bu da qan şəkəri balansını qorumağa kömək edir.
Qeyd edək ki, bir müddət bundan əvvəl “Nutrition Research” jurnalındabalqabaq toxumlarının qan şəkərinin səviyyəsini aşağı salan təsirə malik olduğunu göstərən alimlərin rəyi dərc olunub. Elm adamları, əgər bu bir problemdirsə, şəkər yelləncəklərinin qarşısını almaq üçün hər səhər bir xörək qaşığı toxum yeməyi tövsiyə edirlər.
Nazlı Almuradova