"Real"ın futbolçusu Eder Militao sıradan çıxıb.
QOL.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 26 yaşlı braziliyalı müdafiəçiyə çarpaz bağının tam qopması diaqnozu qoyulub. Onun yaxın günlərdə əməliyyat olacağı bildirilir. Militao karyerası ərzində artıq 2-ci dəfə çarpaz bağından əməliyyat olunacaq.
Qeyd edək ki, Eder Militao bu gün La Liqanın 13-cü turu çərçivəsində keçirilən "Osasuna" ilə qarşı matçda (4:0) zədələnib.