AZ

Doğum evində faciəvi hadisə baş verdi - Azərbaycanda

Doğum evində faciəvi hadisə baş verdi - Azərbaycanda

Azərforum-un məlumatına görə, Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Son iki həftə ərzində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində üç uşaq ölümü qeydə alınıb.

rayonun Cımcımax kənd sakini 19 yaşlı Cəmilə Əliyeva bu gün Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə daxil olub. Gənc qadın şöbəyə daxil olandan iki saat sonra həkim mama-ginekoloq Yeganə Bayraməliyevanın iştirakı ilə təbii doğuş baş tutub. Doğuş zamanı isə ölü qız uşağı doğulub.
 

Cəmilə Əliyevanın valideynlərinin verdiyi məlumata görə, oktyabrın sonunda doğum şöbəsinin mama-ginekoloqu Rəna Sultanova qızlarını ultra səs müayinəsindən keçib və hamiləliyin normal keçməsi haqqında rəy verilib.


Valideynlər onu da əlavə ediblər ki, bu gün qızları Cəmilə Əliyeva doğum şöbəsinə qəbul edilən zaman yoxlamadan keçirilib. Bu zaman həkimlər ana bətnində uşağın ürək döyüntülərinin zəif olması barədə valideyinlərə məlumat verib. Təəssüf ki, doğuşdan sonra uşaq ölüb və dərhal valideyinlərə uşağın ana bətnində bir-neçə gün əvvəl öldüyü bildirilib.

Bütün bu təzadlı məqamlar əvvəlki uşaq ölümləri də daxil hazırda rayon prokurorluğunda araşdırılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
2898
bizim.media

1Mənbələr