AZ

Azərbaycanın Zəfər Günü Strasburqda təntənə ilə qeyd olunub

Bakı. Trend:

Azərbaycan Respublikasının Avropa Şurası yanında DaimiNümayəndəliyinin təşkilatçılığı ilə Strasburqda “8 Noyabr – ZəfərGünü”nə həsr olunan tədbir keçirilib.

Trend-in məlumatına görə, Fransanın Strasburq şəhəri və ətrafbölgələrində yaşayan soydaşlarımızın iştirak etdiyi tədbirAzərbaycanın Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin əzizxatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Avropa Şurası yanında daimi nümayəndə, səfir Fəxrəddin İsmayılovçıxış edərək işğal dövründə Azərbaycan xalqının məruz qaldığıəzab-əziyyət, sarsıntı və çətinlikləri xatırladıb, Ermənistanınhəyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondanartıq soydaşımızın öz doğma yurd-yuvalarından didərgin düşməsindəndanışıb. Diplomat minlərlə günahsız azərbaycanlının həyatınıitirməsindən söz açaraq, millətimizin yaddaşında unudulmaz dərinizlər buraxdığını söyləyib. Bildirib ki, beynəlxalq ictimaiyyətingözü qarşısında 30 il davam edən bu haqsızlığa Prezident, Ali BaşKomandanı İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Azərbaycanınrəşadətli Ordusunun əzmi, əsgər və zabitlərinin qəhrəmanlığı,xalqımızın sarsılmaz birlik və bərabərliyi sayəsində son qoyulub.Bu əzəmətli Zəfərin davamı olaraq ötən ilin sentyabrın 20-dəAzərbaycanın Qarabağ bölgəsi üzərində suverenliyi tam şəkildə bərpaolunub.

Sonra F.İsmayılov dövlət başçısının birbaşa diqqət və qayğısıilə Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işlərindəndanışıb və bu məqsədyönlü fəaliyyətin nəticəsi olaraq minlərləməcburi köçkünün öz doğma yurdlarına qayıtdığını qeyd edib. Daiminümayəndə çıxışına Prezident İlham Əliyevin Bakıda Zəfər parkınınaçılışında söylədiyi “bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycanxalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlətkimi yaşayacaqdır” fikirlərini sitat gətirməklə yekun vurub.

Daha sonra Zəfər Gününə həsr olunan videoçarx nümayiş etdirilib.Tədbir musiqi proqramı ilə davam edib.

Seçilən
55
2
az.trend.az

3Mənbələr