AZ

“ Cavan kadr görəndə şübhəli yanaşırlar” -

Misli premyer-liqasının 13-cü turunda “Kəpəz” səfərdə “Sabah”la heç-heçə etdi - 2:2.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında “Kəpəz”in baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavabladı.

- Gərgin oyun oldu. Oyunu 3 hissəyə bölərdim. İkinci yarı fərqli oyun oynadıq. Qələbə qazanamq istəyirdik. Heç- heçəyə baxmaq istəmirdik. Daim qələbə ruhu yaşatmaq istəyirdik. Birinci amalımız döyüşkən komanda qurmaqdı.

- Hakimliklə bağlı fikriniz necədi?
- Rəşad Əhmədov ötən mövsüm 26-cı turda cəzalandı, sonra 10 tur təyinat almadı. Yəqin ki, səbəbləri var idi. Bu gün də VAR-da Rəşad əyləşmişdi. Yaxşı bir şey gözləmirdim.

- Qarşıdan fasilə gəlir. Bu müddətdə Kəpəz daha da yaxşı olacaqmı?

- İnanıram ki, fasilə bizim daha da xeyirimizə işləyəcək. Oyundan-oyuna döyüşkənlik artıb. Müsbət bir haldı.

- Gəncəli veteranlar sizdən narazı idi. Artıq narazılığın bitdiyini demək olar?

- Bu təbii bir haldı. Cavan kadr görəndə şübhəli yanaşırlar. Gəncədə futbolu sevirlər. Hərənin sevgisi bir cür ola bilər. Amma nəticə də çox önəmlidir. "Səbail"lə oyunda bir az zəif çıxış etdik, amma nəticə qazandıq. Azarkeşlərimizin rəğbətini qazanmışıq.

- İki turdu ki, “Sabah” son dəqiqələrdə qol buraxır. Sizdə son dəqiqələrdə qol vurusunuz..

- Uşaqlar sona qədər mübarizə aparır. Qorxaq adamla yola çıxmaq olmaz. Bu gün uşaqlar özlərinə inanırdı.

ƏSƏD SEYİDOV

Seçilən
26
football-plus.az

1Mənbələr