Bakı. Trend:
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum – sülhəməcburetmə əməliyyatları nəticəsində ağır itkilər verən, ordusudarmadağın edilən Ermənistan 2020-ci il noyabrın 10-da təslimçilikbəyannaməsini imzalamağa məcbur oldu.
10 noyabr tarixi – Azərbaycan üçün böyük önəm daşıyır. Məhz bugün Azərbaycan 44 gün ərzində davam edən Vətən savaşında qalibolmağın haqlı qürurunu yaşadı. Bakı küçələrində böyük sevinc vətəntənəyə səbəb olan hadisə Ermənistanda tam əks şəkildə təzahüretdi.
Küçələrə axışan ermənilər qəzəblə parlament binasına hücum etdi,erməni xalqı həmin gecə və sonrasında bir neçə gün baş naziriniaxtarmaqla məşğul oldu. Lakin buna müvəffəq ola bilmədi.
10 noyabr bəyanatı üçtərəfli bəyanat olsa da, onu canlı yayımdaAzərbaycan Prezidenti – Müzəffər Ali Baş Komandan İlham Əliyev vəRusiya Prezidenti Vladimir Putin imzaladı. Ermənistan baş nazirininisə bəyanata imza atdığı məkan bu günə qədər bəlli deyil. Eləermənilərin 10 noyabr 2020-ci ildə Nikol Paşinyanı tapabilməməsinin də səbəbi məhz bu idi.
Dövlət başçısı İlham Əliyev 10 noyabr tarixində xalqamüraciətində məsələyə bu cür münasibət bildirmişdi:
“Hər bir insan hətta onun üçün, ölkəsi üçün ən ağır, ən kritikvəziyyətdə özünə hörmət saxlamalıdır. Onsuz da Paşinyan bunuimzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı biryerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına,namərdcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunun - dəmiryumruğun hesabına imzalayır!”.
Kapitulyasiya aktının hansı şəraitdə imzalanmasından asılıolmayaraq, Ermənistan istənilən halda faktiki olaraq 10 noyabraxşamı rüsvayçı şəkildə məğlub olduğunu bəyan etdi. Həmin ana qədərpafoslu açıqlamaların arxasına sığınan və “qələbə” iddialarısəsləndirən erməni rəsmiləri artıq çarənin tükəndiyini görüb,acizliklərini etiraf etdilər.
İrəvan küçələrindəki iğtişaşların da səbəbi məhz elə ermənirəsmilərin özləri idilər. Müharibə dövründə qələbədən dəm vuran,“uğurlu həmlələr” edən Ermənistan ordusunun məhv edildiyini biranın içində xalqa çatdırmaq onlar üçün növbəti rüsvayçılıqlanəticələndi. Həmin gecə hazırda Ermənistanın XİN rəhbəri olanArarat Mirzoyan isə qəzəbli kütlənin əlindən qaça bilməyərəkİrəvanın mərkəzində döyüldü.
Ermənistanın imzaladığı kapitulyasiya aktı Azərbaycan Prezidentiİlham Əliyevin sərkərdəliyi ilə cəbhədə qazanılan parlaq qələbəninsiyasi müstəvidəki davamı idi. Prezident İlham Əliyev müzəffərkomandan kimi imzaladığı 10 noyabr bəyanatında Azərbaycan tərəfininbütün şərtlərini ermənilərə diqtə etməyə nail oldu. Ermənistantərəfi Kəlbəcər, Laçın və Ağdam kimi strateji əhəmiyyətli rayonlarıbir güllə atmadan Azərbaycan ordusuna təhvil verdi.
Siyasi arenada Prezident İlham Əliyevin şəxsində qazanılan buqələbə erməni separatizminə, terroruna ən ağır zərbəni vurdu.Kapitulyasiya aktı Ermənistan dövlətinin tarixində silinməz izləryaratdı. İlk növbədə bu dövlətin Azərbaycana qarşı aqresiyasınalayiqli cavab verildi və düşmən ən sərt şəkildə cəzalandırıldı.Tarixi ədaləti bərpa edərkən Azərbaycan Ermənistanın özü ilə bağlıformalaşdırdığı bir çox saxta mifləri yerlə-yeksan etdi.
Ermənilər gördülər ki, “məğlubedilməz erməni ordusu”, “ölməzerməni ruhu” kimi miflər puç oldu. Onların ordusu nəinki məğluboldu, hətta sözün əsl mənasında bu işğalçı ordunun varlığına beləson qoyuldu. Kapitulyasiya aktı ilə ermənilər həmçinin Azərbaycanınregionda formalaşdırdığı yeni reallıqlara qarşı müqavimət göstərməkiqtidarında olmadıqlarını bəyan etdilər.
Azərbaycan lideri müharibə dövründə dəfələrlə Ermənistanıntorpaqlarımızdan çıxması ilə bağlı tarix verməsi şərtilə döyüşlərəson qoyulacağını açıqladı. Lakin ermənilərin əsirinə çevrildiklərimənfur ideyalar, separatçıların ehtirasları, saxta “qələbə”təbliğatının ifşa olunması ilə ortaya çıxa biləcək təhlükələrdənqorxu Ermənistan rəhbərliyinin bu təklifə razılaşmaması ilənəticələndi. Bu isə Ermənistan üçün fəlakət, ordusu üçün sonaçevrildi. Azərbaycan tərəfi dövlət başçısının da haqlı olaraqdediyi kimi, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcburetdi.
Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Şuşada düşmənə qanudduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini danılmaz faktqarşısında qoydu. Onlar anladılar ki, qapıldıqları eyforiyanın sonuyetişib. Artıq Azərbaycan ordusu tarixi ədaləti bərpa edib, düşməniöz torpaqlarından əbədi olaraq təmizləyib. Artıq Qarabağda və ŞərqiZəngəzurda erməni separatizminə yer qalmayıb, Azərbaycan ordusu buərazilərə sülh və əmin-amanlıq bəxş edib.
Erməni tərəfinin illərlə davam edən talançılıq və vandalizmaktlarına nöqtə qoyulub. Artıq torpaqların əsl sahibləri geridönüb. Kapitulyasiya aktını imzalayan Ermənistanın əsl üzü də məhzortaya qoyulub. Qarabağı, Şərqi Zəngəzuru viran qoyan erməni ordusuqarşısındakı ordunun rəşadəti qarşısında duruş gətirə bilməyibbirbaşa gəldiyi yerə qədər qaçıb.
Azərbaycan Prezidenti İlham Əliyev döyüş meydanında əldə olunanuğurları məhz 10 noyabr bəyanatı ilə rəsmiləşdirib. Dövlətbaşçısının ortaya qoyduğu siyasi iradə məhz düşməni tabe olmağa,təslimiyyəti qəbul edib, acizliyini sənəd üzərində təsdiq etməyəməcbur edib.
Prezident İlham Əliyevin şəxsində Azərbaycan xalqının birliyi,qüdrətli “dəmir yumruğ”umuz Şərqi Zəngəzur və Qarabağın əbədiazadlığına möhür vurub.
10 noyabr üzərindən illər keçsə də, Azərbaycanın şanlı tarixindəmühüm mərhələ hesab olunacaq. Bu tarix bizim haqq savaşımızınqalibiyyətlə başa çatdığı, düşmənin isə rüsvayçılıqla darmadağınolduğunu bütün dünya qarşısında etiraf etdiyi əlamətdar gün kimiyaddaşlarda həkk olunub.
Bizim üçün mütləq zəfərin, vəhdət və həmrəyliyin sülh üzərindəqələbəsi kimi xarakterizə olunan bu gün erməni tərəfi üçünseparatçı ideyaların süqutu, miflərin darmadağın olması vəməğlubiyyətin etirafıdır! Azərbaycan 44 günlük müharibədən cəbhədəvə siyasi arenada mütləq qalib kimi çıxdı, Ermənistan isə acizkapitulyant adını əbədi olaraq öz üzərinə götürdü!