Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ilə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin baş komandanı, eyni zamanda ABŞ-ın Avropa Komandanlığına rəhbərlik edən general Kristofer Kavoli arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Sırski özü sosial şəbəkə hesabında məlumat verib.
O qeyd edib ki, cəbhə xəttində davam edən ağır vəziyyət barədə Kavoliyə məlumat verib:
“Mən ABŞ Silahlı Qüvvələrinin Avropadakı komandanı, general Kristofer Kavoli ilə daha bir telefon danışığı apardım, söhbətin əvvəlində amerikalı həmkarıma cəbhə xəttindəki vəziyyət barədə məlumat verdim”.