Qətər rəhbərliyi tərəflərin münaqişəyə son qoymaq istəyinin olmaması səbəbindən Qəzza zolağında atəşkəsə yönəlmiş vasitəçilik səylərini dayandırmaq qərarına gəlib.
Bu barədə Əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari “X” hesabında məlumat verib.
“Qətərin HƏMAS və İsrail arasında vasitəçilik səyləri hazırda dayandırılıb”, - XİN rəsmisi qeyd edib.
"Cebheinfo.az"