AZ

Qadına hücum edən itlər onu öldürüblər...

Kazanda, Konstantinovka kəndində it dişləməsinin izləri olan qadın meyiti tapılıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Tatarıstan Respublikası üzrə İstintaq İdarəsi bu faktla bağlı cinayət işi açıb.

İlkin məlumatlara görə, Boqorodskoye kəndində yaşayan qadın səhər işə yollansa da, amma mənzil başına çatmayıb. Onun meyiti daha sonra yoldan keçənlər tərəfindən aşkar edilib.

Yerli sosial şəbəkələrdə mərhumun tanışlarının hadisədə kəndin yaxınlığında yerləşən sənaye bazasının sahibini günahlandırdığı video yayılıb.

Onlar qadına binada yaşayan bir sürü itin hücum etdiyini istisna etmirlər.

Əli Babayev

Seçilən
27
sia.az

1Mənbələr