AZ

Cənubi Koreya Şimali Koreyanı hədələdi

"Şimali Koreya nüvə hücumuna cəhd edərsə, Cənubi Koreya- ABŞ ittifaqı dərhal zərbə endirəcək".

Teleqraf.com xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Yoon Seok-yeol Amerikanın Newsweek jurnalına verdiyi müsahibədə deyib.

Müsahibə zamanl o, Pxenyandan gələn təhdidlərdən narahat olduğunu bildirib.

"İnanıram ki, onların Koreya Respublikasına qarşı nüvə hücumu barədə qərar vermələri ağılsızlıq olardı" - Yoon Seok-yeol deyib.

O əlavə edib ki, Seul KXDR-dən potensial nüvə hücumları zamanı müdafiə və hücum etmək üçün qabaqcıl imkanlara malikdir.


Müəllif: Arzu
Seçilən
22
teleqraf.com

1Mənbələr