AZ

Tramp Kiyevdən nəyi tələb edə bilər?

"ABŞ-ın növbəti prezidenti Donald Tramp Ukraynanı Rusiya Federasiyasının tərkibinə daxil olan bəzi ərazilərdən imtina etməyə məcbur edə bilər".

Publika.az xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin keçmiş baş komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis CNN-ə müsahibəsində etiraf edib.

Onun fikrincə, siyasətçi Moskva və Kiyevi danışıqlar masası arxasına oturmağa məcbur edəcək.

“Nəhayət, Rusiya hazırda onun nəzarəti altında olan əraziləri saxlayacaq”, - Stavridis bildirib.

O əlavə edib ki, ərazi güzəştləri Ukraynanın NATO-ya daxil olmasına yol açacaq:

"Bu variantı ən pis nəticə hesab etmirəm. Ukrayna böhranı yəqin ki, beləcə başa çatacaq".

Seçilən
46
publika.az

1Mənbələr