Fransa kəşfiyyat xidmətinin DGSE rəhbəri Nikolas Lerner Ukraynaya səfər edib.
Axar.az xəbər verir ki, bu barədə “Monde” məlumat yayıb.
Məlumata görə, səfərin məqsədi Rusiya və KXDR Silahlı Qüvvələrinin hərəkətlərini müzakirə etmək olub.
Fransız diplomatlar arasında adı açıqlanmayan mənbəyə istinadən, səfərin noyabrın 4-5-də baş tutduğu bildirilir.