AZ

"Millinin heyətində yer ala bilməmişəmsə, deməli, hansısa səbəbi var"

"Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov Azərbaycan millisinin heyətindən kənarda qalmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, "report"a açıqlama verən 32 yaşlı qolkiper yığmanın baş məşqçisi Fernandu Santuşun qərarına hörmətlə yanaşdığını söyləyib:

"Göstərdiyimiz oyunla meydanda baş məşqçimizin inamını qazanmalıyıq. Təbii ki, bunun üçün daha yaxşı oynamaq və yaxşı performans sərgiləmək lazımdır.

Milliyə layiq olduğumuzu meydanda göstərməliyik. Millinin heyətində yer ala bilməmişəmsə, deməli, hansısa səbəbi var. Öz üzərimizdə işləməliyik",

M.Cənnətov bu mövsüm Azərbaycan seçməsinin UEFA Millətlər Liqasının ilk 4 oyununda əsas heyətdə yer alıb.

Baş məşqçi Fernandu Santuş əlcək sahibinin adını Estoniya və İsveçə qarşı keçiriləcək görüşlər üçün heyətə daxil etməyib.

Seçilən
68
sportinfo.az

1Mənbələr