"ABŞ-ın keçmiş prezidenti Barak Obama prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsindən sonra siyasi səhnədən silinəcək".
Publika.az xəbər verir ki, bu barədə bioqraf Devid Qarrou "Daily Mail"ə müsahibəsində bildirib.
"Mən onların (Obama və onun ailə üzvləri) yanvarın əvvəlindən sonra Vaşinqtonda daha az vaxt keçirmələrini gözləyirəm", - o qeyd edib.
Onun fikrincə, Obama siyasi səhnədən yoxa çıxacaq və məşhurlarla ünsiyyətdə olmağa və milyoner Marta Vineyardın Massaçusets sahillərindəki adasında yaşamağa davam edəcək.
"Onlar heç bir maliyyə təzyiqi altında deyillər", - Qarrov vurğulayıb.