AZ

Hadisənin filminin tizeri yayımdan qaldırıldı

Hadisənin yeni serialının tizerinin yayımı dayandırılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb filmin cəmiyyətə pis nümunə olması olub. Hadisə sosial media hesabından açıqlama verərək: "Kişi sənətçilərə qadağa yoxdur, qadınlar qucaqlaşmaqdan kənara çıxanda "əxlaqsızlıq” olur. Sevgi səhnələri niyə qadağandır?" sözləri ilə qərara etirazını bildirib.

Xatırladaq ki, müğənni Hadisenin Seda Bakanla baş rolda çəkildiyi "Esas oğlan” serialında olan cəsarətli səhnələri sosial şəbəkələrdə müzakirə yaradıb. Xüsusilə 18+ səhnələr istifadəçilər tərəfindən tənqid olunmuşdu.

Seçilən
62
sia.az

1Mənbələr