AZ

İtlər işə gedən qadını parçaladı

Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda itlər işə gedən qadını parçalayaraq öldürüb, faktla bağlı cinayət işi açılıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Rusiyanın Tatarıstan üzrə İstintaq Komitəsi məlumat yayıb.

“Kazan şəhərinin Konstantinovka qəsəbəsinin ərazisində yerli sakinin heyvan dişləmələrinin izləri olan cəsədi aşkar edilib”, – qurumun teleqram kanalında bildirilib.

Müstəntiqlər təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, ehtiyatsızlıqdan ölümə səbəb olma və səhlənkarlıq faktları üzrə cinayət işi açıblar.

Hadisənin təfərrüatlarını “İzvestiya” nəşrinə hadisə şahidləri danışıb. Axtarış iştirakçısı İlmiranın sözlərinə görə, qadın mağazada işləmək üçün maşınla Samosırovoya gəlib. Yerli sakinlər güman edirlər ki, qadın yolu qısaltmaq üçün istehsalat bazasından keçib. İlmiranın sözlərinə görə, ərazidə 20-25 itdən ibarət sürü yaşayır. Meyit, axtarışların başlamasından səkkiz saat sonra istehsalat bazasından 200 metr məsafədə tapılıb, o, dişləmə izləri ilə doludur.

Yerli sakinlər həmçinin qeyd ediblər ki, istehsalat bazası ərazisində sahibsiz köpəklər çoxdan problem idi, lakin bunu heç kim həll etmirdi.

 

SON DƏQİQƏ! Tanınmış şəxs vəfat etdi

 

Əllərin Keyiməsi Nədir? Əl Keyiməsi Hansı Xəstəliyin Əlamətidir?

 

Müəllimlərə veriləcək güzəştli kartlarda nələr olacaq? - DETALLAR

Seçilən
41
9
oxu24.com

10Mənbələr