AZ

“Qarabağ”ın forvardı “Bavariya” və “Lill”in… Bu da oldu!

Çempionlar Liqasının Liqa mərhələsinin ən yaxşı bombardirləri 5 qollu Rafinya, Robert Levandovski (hər ikisi - “Barselona”), Hari Keyn (“Bavariya”) və Viktor Dyokereşdir (“Sportinq”). Vinisius Junior (“Real” Madrid) və Conatan Devid (“Lill”, Fransa) 4 qol müəllifləridir.

Sportinfo.az xəbər verir ki, “Bavariya” və “Lill”in futbolçuları təsnifat mərhələsi də nəzərə alınmaqla, qitənin cari mövsüm baş klub turnirinin ən yaxşı bombardirinə - “Qarabağ”ın forvardı Juninyoya çatmağa ən yaxın namizəd idilər.

Onların hər ikisi 4-cü tura qədər 5 qolu olub və bu nəticə ilə 6 qollu Juninyonun ən yaxın izləyiciləri sayılırdı.

4-cü tur artıq komandası Çempionlar Liqasında iştirak etməyən Juninyonu vahid liderlikdən məhrum edib.

Ancaq bunu Keyn deyil, Devid bacarıb. Artıq təsnifat və Liqa mərhələləri birlikdə nəzərə alınmaqla 6 qolla Juninyo və Devid öndədirlər. “Qarabağ”ın hücumçusu bu qolları 6, Devid isə 8 oyuna vurub.

5 qollular sırasında Keynlə yanaşı, yuxarıda adları çəkilən Rafinya, Levandovski, Dyokereşdən savayı təsnifat və Liqa mərhələlərində qollarını cəmləyib 5-ə çatdıran Sandro Kulenoviç (“Dinamo” Zaqreb) və təsnifatda bu həddə çatıb dayanan Arni Frederiksberq də var. 4 qollu Vinisiusun şərikləri isə Edin Ceko (“Fənərbağça”), Darius Olaru (FKSB), Fil Foden (“Mançester Siti”), Maurits Kyerqor (“Red Bull”), Viktor Olatunji (“Sparta”), Edon Jeqrova (“Lill”) və David Streletsdir (“Slovan”).

Seçilən
47
sportinfo.az

1Mənbələr