AZ

Trampın qələbəsindən sonra Tom Henks ABŞ-ni tərk edib

Amerikalı aktyor Tom Henks sözünə əməl edərək Donald Trampın ABŞ prezidenti seçkilərində qələbəsindən sonra ABŞ-ni tərk edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə “The Direct” nəşri məlumat verib.

Nəşrdə Henksin pərəstişkarlarına ünvanladığı açıq məktubdan sitat gətirilib.

“Ağır ürək və daha ağır çamadanla elan edirəm: mən rəsmən ölkəni tərk etdim. Bəli, düz eşitdiniz – mən indi bunu uzaq, naməlum, dəqiq Amerika olmayan məkana mənzərəsi açılan yerdən yazıram”, – Henks yazıb.

Getməsinin səbəblərindən danışan Henks aydınlıq gətirib: “Prezident Tramp 2.0 mənim hazır olduğum şey deyildi. Nəticələri görəndə düşündüm: “Qaç, Forrest, qaç!” Və mən məhz bunu etdim”.

Aktyor pərəstişkarlarından ABŞ-ni həmişəlik tərk etdiyini düşünməməyi xahiş edib və Donald Trampın prezidentlik müddəti başa çatdıqdan sonra qayıda biləcəyini açıqlayıb.

Bundan əlavə, noyabrın 5-də məlum olub ki, aktyor Riçard Gir və həyat yoldaşı Alexandra Silva İspaniyaya köçmək planlarını həyata keçirməzdən əvvəl Konnektikutdakı rançolarını 10,75 milyon dollara satıblar. Məşhurlar ABŞ-ni 5 yaşlı Aleksander və 4 yaşlı Ceyms adlı oğulları ilə birlikdə tərk edirlər.

ABŞ prezident seçkiləri kampaniyası zamanı Henks və Gir, bir çox digər Hollivud ulduzları kimi, açıq şəkildə Kamala Harrisin namizədliyini dəstəkləyiblər. Bəziləri Trampın qələbəsi halında ölkəni tərk edəcəklərini vəd ediblər.

Seçilən
93
13
tribunainfo.az

10Mənbələr