Gülər Sultanzadə: “Azərbaycan möhtəşəm qələbələrə imza ataraq bütün məqsədlərinə nail oldu”
“Azərbaycanın tam və qəti qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi Ermənistan ordusunun məğlubedilməzliyi barədə illər uzunu formalaşdırılmış mifi 44 günə darmadağın etdi. Ağır məğlubiyyətə düşür olan Ermənistan 2020-ci il 10 noyabr tarixində məlum Üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. Bununla da Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu və münaqişənin hərbi mərhələsi başa çatdı. Azərbaycan ərazisində “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazinin mövcudiyyətinə son qoyuldu. Müzəffər Ali Baş Komandan, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Qələbə Cənubi Qafqazda məhz Azərbaycanın müəllifi olduğu yeni reallıqlar yaratdı. Qeyd olunmalıdır ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Vətən müharibəsi bütün dünyaya göstərdi ki, Azərbaycan xalqının heç vaxt məğlubiyyətlə barışmaması və gec-tez öz amalına qovuşmaq istəyi Ölkə Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strategiyanın əsas məqsədi olub. Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında möhtəşəm qələbələrə imza ataraq bütün məqsədlərinə nail oldu. II Qarabağ savaşında yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi, aparılan hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bu gün bütün dünyada öyrənilir.”
Bu sözləri 10 noyabr Bəyanatının imzalanmasının dördüncü ildönümü münasibətilə aia.az-a verdiyi açıqlamasında Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının üzvü Gülər Sultanzadə deyib.
Gülər Sultanzadə qeyd edib ki, Üçtərəfli Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaq: “10 noyabr tarixli Bəyanatda öz əksini tapmış ən mühüm məqamlardan biri Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında avtomobil və dəmiryolu kommunikasiyalarının yaradılmasının təsbit edilməsi oldu. Bəyanatda bildirilir ki, köhnə yolların açılması ilə yanaşı eyni zamanda burada yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və artıq bu istiqamətdə də işlər görülür. Qeyd etmək lazımdır ki, bu bənd birbaşa cənab Prezident İlham Əliyevin təkidilə bəyanata salındı. Çünki birbaşa münaqişə ilə bu bəndin heç bir əlaqəsi yox idi. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Sonda mütləq şəkildə bir vacib məqamı da qeyd etmək istərdim ki, Vətən müharibəsi başa çatdıqdan sonra Ağdam, Laçın, Kəlbəcər rayonlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin qan tökülmədən Aərbaycan qaytarılması da məhz Üçtərəfli Bəyanatın imzalanması ilə əldə olunmuş böyük siyasi nailiyyətdir və bu nailiyyət cənab Prezident İlham Əliyevin yönləndirdiyi Azərbaycan diplomatiyasının daha bir parlaq qələbəsidir” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.