8 noyabr-Zəfər Günündə respublikanın meşə fondu torpaqlarında meşəbərpa tədbirləri həyata keçirilib.
Ekologiya.az bildirir ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin, şəhid ailələrinin və qazilərin iştirakı ilə Masallı, Qəbələ, Qobustan, Tovuz, Gədəbəy, Daşkəsən, Ağcabədi, Goranboy və Qusar rayonlarında yerli iqlim şəraitinə uyğun 16 mindən çox ağac tingi əkilib, 900 kiloqramdan artıq toxum səpilib.