Yaxın gələcəkdə Ukraynada atəşkəs və ölkə üçün təhlükəsizlik təminatları ilə bağlı mühüm bəyanatlar gözləmək olar.
Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
Onun sözlərinə görə, Donald Trampın Ukrayna ilə bağlı planı hazırlıq mərhələsindədir.
“Bu, şübhəsiz ki, ABŞ-ın Ukrayna işlərinə daha az müdaxiləsini nəzərdə tutan qərarlar olacaq”, - Tusk bildirib.