AZ

«Moody's» agentliyi Londonun tullantı idarəsinə A1 reytinqi verib

«Moody's» reytinq agentliyi Şimali Londonun Utilizasiya və tullantı idarəsinin (North London Waste Authority NLWA) növbəti reytinqini açıqlayıb. 

FED.az agentliyə istinadən xəbər verir ki, «Moody's» agentliyi Şimali Londonun Utilizasiya və tullantı idarəsinin (North London Waste Authority NLWA) periodik reytinqini açıqlayıb. 

Noyabrın 4-də keçirilən iclasdakı müzakirədən sonra açıqlanan bəyanatda deyilir ki, NLWA-nın bazar kredit reytinqi a3, emitentin reytinqi isə A1 səviyyəsində təsdiqlənib, şirkət üzrə proqnoz «Sabit»dir. 

Bəyanatda deyilir ki, NLWA-nın kredit reytinqi  onun güclü institusional strukturu ilə dəstəklənir. Belə ki, bu idarəetmə forması onun bütün öhdəliklərini tamamilə və davamlı maliyyələşdirməyə imkan verir. 

Bu təşkilatın maliyyələşdirilməsinə, qurumun əhatə etdiyi Londonun şimalındakı rayonlar cavabdehdir – bura Barnet, Camden, Enfield, Hackney, Haringey, Islington, Waltham Forest kimi ərazilər aiddir. 

Açıqlamada deyilir ki, Şimali Londonun Utilizasiya və tullantı idarəsinin kredit portfeli də etibarlıdır – bu kreditlər onun böyük layihəsi – Şimali Londonda elektrik enerjisi və istilik enerjisi istehsalı layihəsi üzrə götürülüb. Layihənin dəyəri 1,2 milyard funt sterlinqdir. 

NLWA-nın yüksək reytinqlərinin bir səbəbi də odur ki, şirkətin hər hansı çətinliyi olsa, Britaniya hökuməti buraya müdaxilə edəcək və müflisləşməyə imkkan verməyəcək. 

Xatırlaaq ki, Şimali Londonun Utilizasiya və tullantı idarəsi paytaxtın şimalındakı 6 regiona (Barnet, Camden, Enfield, Hackney, Haringey, Islington, Waltham Forest) nəzarət edir, buradakı tullantılanı toplanması, utilizasiyası və emalı ilə məşğuldur. 

Təşkilatın illik gəlirləri (2023-ün martında bitən maliyyə ili üzrə) 17,2 milyon funt sterlinq, illik xərcləri isə 63,4 milyon fut sterlinq təşkil edir. Qurumun ümumi aktivləri 1 milyard 270 milyon funrt sterlinq təşkil edir. 

Seçilən
28
fed.az

1Mənbələr