AZ

Müğənni: Gördüm ki, nə bacımda, nə də qardaşımda bu məsuliyyət var

"Atam çox imkanlı bir adam olub. "Nəyi necə etmək" kimi düşüncə bizim ailədə olmayıb. Çox ciddi və əzazil biri idi. Ailədə 6 uşağıq. O, hamımıza yoxun nə olduğunu başa salıb. Həmişə var-dövlətin içində yaşaya-yaşaya yoxluğun nə olduğunu bilmişik. Qonşuda, qohumda bu şeyləri sezmişik".

Bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Günü bu gün" verilişində deyib.

O bildirib: "1986-cı ildə atam işdən çıxarıldı və mən bir-iki dəfə mağazaya getməli oldum. Həmin vaxt 16 yaşım vardı, o zaman atamın qədrini bilməyə başladım.

Biz bilməmişik ki, çörəyi, əti, yağı necə alırlar. Bundan əlavə, geyim, hər cür şərait, həyətdə 2 maşın...

Sovet hökuməti dağıldıqdan sonra özümüz həyata atıldıq. Məndən böyük qardaşlarım olsa da, nədənsə, bütün yükü çiynimdə hiss etdim. Gördüm ki, nə bacımda, nə də qardaşımda bu məsuliyyət var. Bu mənim üzərimə düşmüşdü. Gözüm dolur, danışa bilmirəm".

Mənbə: yenisabah.az

Seçilən
54
yenisabah.az

1Mənbələr