Noyabrın 10- u Türk Dünyasının böyük siyasi lideri, Mustafa Kamal Atatürkün anım günüdür.
Həmin günü Türk xalqının böyük oğlunun məzarını yüz minlərlə insan ziyarət edir. Həmişə olduğu kimi bu il də belə oldu. Dahi şəxsiyyətin məzarını yüz minlərlə insan yenidən ziyarət etməklə bu böyük insanın ruhunu sevindirdi.
Bu dəfə onun məzarını ziyarət edənlər arasında dostumuz və qardaşımız Türk dünyasına böyük məhəbbəti olan,iş adamı İlham Əliyev də var idi. İlham qardaşımız Birinci və İkinci Qarabağ savaşında ordumuzun yanında olan, onlara maddi və mənəvi kömək edən vətənpərvər bir ziyalıdir.O, bir iş adamı kimi, işğaldan azad olunmuş rayonlarda, o cümlədən Qubadlıda tikinti, quruculuq, abadlıq işlərində yaxından iştirak edir, ağır işlərə çiyin verir!
Onu Türkiyəyə tanınmış siyasi xadim Aygün Attar xanım dəvət edib.Elə bu dəvəti də qəbul edən İlham Əliyev həmin tədbirlərdə iştirak edib,Mustafa Kamal Atatürkün məzarını ziyarət etməklə bu böyük insana öz məhəbbətin ifadə edib.Bizimlə söhbətində İlham müəllim dedi ki, bu səfərindən qürur duyub və tarixə düşəcək anlar yaşayıb.
Dəvətə görə Aygün xanıma təşəkkürümü bildirirəm.Biz Türkiyədə həm Zəfər bayramını qeyd elədik, həm də Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkü andıq.Bir millət, iki dövlət olan Türkiyə - Azərbaycan birliyi bu günlər bir daha möhtəşəm oldu. Bu anları yaşadığıma görə özümü xoşbəxt sayıram.Və düşünürəm ki, belə səfərlərimiz nə qədər çox olsa, xalqlarımız da bir o qədər yaxın və mehriban olar! Allah Türkiyəni və Azərbaycanı qorusun!
Faiq QİSMƏTOĞLU