AZ

ABŞ-də prezident seçkisi: Sonuncu ştat üzrə yekun nəticələr açıqlandı

ABŞ-də keçirilən prezident seçkisində qeyri-müəyyən ştatlardan ("swing state") biri olan Arizonada respublikaçı Donald Tramp qalib gəlib.

Bugünədək nəticənin bilinmədiyi sonuncu ştatda o, 11 seçici səsi alıb.

Seçkinin nəticələrinə əsasən, demokrat Kamala Harris 226 səs toplayıb, D.Tramp isə ölkə üzrə 312 səs alıb.

Qeyd edək ki, ABŞ-də ənənəvi olaraq hər hansı partiyanı mütəmadi olaraq dəstəkləməyən və seçkilərdə həlledici əhəmiyyətə malik ştatlar "swing state", yəni "yelləncək" ştatlar adlanır.

Mənbə: oxu.az

Seçilən
45
oxu.az

1Mənbələr