AZ

İki ordu ilk dəfə üz-üzə gəldi - Ağır itki verdilər

Rusiya dəniz piyadaları Şimali Koreya qoşunlarının dəstəyi ilə Kursk vilayətində Ukrayna ordusunun mövqelərinə hücum edib.

Teleqraf.com xəbər verir ki, bu hücumla Ukrayna və Şimali Koreya qüvvələri ilk dəfə üz-üzə gəlib.

Prezident Vladimir Zelenskinin iddiasına görə, Ukrayna mövqelərinə basqın edən Şimali Koreya hərbçiləri cəbhədə ilk itkilərini veriblər.

Zelenski 11 min Şimali Koreya əsgərinin cəbhədə olduğunu bildirib: “Bu əsgərlərdən bəziləri Ukrayna qüvvələrinə qarşı döyüş əməliyyatlarında iştirak edib və artıq itkilər veriblər”.

“Nyu-York Tayms” ABŞ və Ukraynanın yüksək rütbəli rəsmilərinə istinadla yazır ki, son hücumlarda çoxlu sayda koreyalı hərbçi həyatını itirib.

Şimali Koreya lideri Kim Çen In ordusunu “dünyanın ən güclüsü” adlandırır. Amma onun ordusu heç vaxt döyüş görməyib. Bu durumu dəyərləndirən ekspertlər əksəriyyətinin 19-20 yaşlarında olduğu düşünülən əsgərlərin coğrafiya təcrübəsinin olmadığını da deyirlər.

Rusiyanın Şimali Koreya qüvvələrini Kurskda yerləşdirməsi İkinci Dünya Müharibəsindən sonra bir xarici dövlətin Rusiyada həyata keçirdiyi ilk quru əməliyyatı kimi tarixə düşüb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
24
teleqraf.com

1Mənbələr