AZ

Üçtərəfli Bəyanatdan sonra Azərbaycanın yaratdığı yeni reallıqlar

"Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla 44 günlük Vətən müharibəsi rəsmən sona çatdı. Ermənistanın kapitulyasiya aktı olan bu Bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonları qan tökülmədən Azərbaycana təhvil verildi və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyuldu.

Bu böyük tarixi qələbənin əldə edilməsinin təməlində Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, Müzəffər Ordumuzun şücaəti, mətinliyi və qəhrəmanlığı, xalqımızın öz Liderinə olan sarsılmaz inamı, dəstəyi və onun ətrafında dəmir yumruq kimi birləşməsi kimi amillər dayanır". Bu fikirləri AzNews.az-a Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov deyib.

Millət vəkilinin sözlərinə görə, qazandığı Böyük Zəfərlə işğal altında olan torpaqlarını azad edən Azərbaycan münaqişənin artıq başa çatdığını elan etdi və 44 günlük müharibənin yaratdığı yeni reallıqlar fonunda Ermənistanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq hüququn beş əsas prinsipini irəli sürdü. Ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılmasından ibarət olan bu prinsipləri məğlub Ermənistan qalib Azərbaycanın ona bir lütfü kimi dəyərləndirməli olduğu halda Üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən və sülh gündəliyindən müxtəlif vasitələrlə yayındı.

Ermənistan 2022-ci il 6 oktyabr tarixində imzaladığı Praqa Bəyanatı ilə Azərbaycanın ərazi bütövlüyünü tanısa da, Azərbaycan ərazisində olan silahlı birləşmələrini buradan çıxarmadı, silahlı qüvvələrimizə və mülki əhalimizə qarşı mina terrorunu və genişmiqyaslı təxribatlarını davam etdirdi, bu təcavüzkar aktlarla hansısa formada Azərbaycanın suveren ərazisində öz mövcudluğunu davam etməyə çalışdı.

Ermənistanın bütün bu təcavüz və təxribat aktlarına son qoymaq məqsədilə Azərbaycan 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatına başlamalı oldu. Bir sutkadan da az, cəmi 23 saat 48 dəqiqə davam edən bu antiterror əməliyyatı nəticəsində Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri tam şəkildə tərksilah edildi və ölkədən çıxarıldı. Bununla da Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi.

Daha sonra millət vəkili Vasif Qafarov bildirib: "44 günlük Vətən müharibəsi və ondan keçən bu dörd il ərzində Azərbaycan bölgədə yeni reallıqlar yaratdı. Azərbaycan torpaqlarının 30 ilə yaxın davam edən işğalına son qoyuldu.

Seçilən
31
aznews.az

1Mənbələr