AZ

Miqrasiya rejimini pozanlar saxlanılıb...

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi bildirib ki, reydlər zamanı krallığın müxtəlif bölgələrində yaşayış qaydalarını, əmək qanunlarını və sərhəd təhlükəsizliyini pozan şəxslər saxlanılıb. Oktyabrın 31-dən noyabrın 6-dək ümumilikdə 20778 nəfər həbs edilib.

Nəticələr göstərib ki, saxlanılanların ümumi sayından 11523-ü ölkədə qalma qaydalarını, 5711-i sərhədi keçmə qaydalarını, 3544-ü isə əmək qanunvericiliyini pozub. 1569 nəfər qeyri-qanuni yolla Səudiyyə Ərəbistanı sərhədini keçməyə cəhd edib ki, bunun da 24 faizi Yəmən, 73 faizi Efiopiya, 3 faizi isə digər ölkələrin vətəndaşları olub. 63 nəfər də sərhədi əks istiqamətdə keçməyə cəhd edərkən saxlanılıb.

Bundan başqa, reydlər zamanı qaydanı pozanların daşınması, sığınması, işə götürülməsi və ya onlara köməklik göstərilməsi ilə məşğul olan 15 nəfər saxlanılıb. Ümumilikdə 20363 nəfər inzibati tədbirə cəlb edilib ki, onlardan 17915 nəfəri kişi, 2448 nəfəri qadındır.

Reydlər çərçivəsində 12 138 qanun pozucusu səyahət sənədlərinin alınması, 3 128 nəfərin aviareyslərin bron edilməsi üçün diplomatik nümayəndəliklərə göndərilib, 9 254 nəfər isə deportasiya edilib.

SİA-nın əldə etdiyi məlumata görə,bu ölkədə sərhəd mühafizə qaydalarını pozanlar 15 ilədək azadlıqdan məhrum etmə, bir milyon riala qədər cərimə, avtomobil və mənzilinin müsadirəsi və pozuntunun ictimaiyyətə açıqlanması ilə cəzalandırılır.

Əli Babayev

Seçilən
24
sia.az

1Mənbələr