AZ

İndoneziyada 5,0 bal gücündə zəlzələ qeydə alınıb

Noyabrın 10-da İndoneziyanın şərqindəki Cənubi Papua əyalətində 5,0 bal gücündə güclü zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə “Sinxua” ölkənin meteorologiya və geofizika agentliyinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, yeraltı təkanların episentri Əsmət rayonundan 69 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşir. Zəlzələ əhəmiyyətli dalğalar yaratmaq üçün kifayət qədər güclü olmadığı üçün sunami təhlükəsi elan edilməyib.

İndoneziya tez-tez vulkanik və seysmik aktivliyə məruz qalan Sakit Okean Halqası adlanan ərazidə yerləşir. Burada həmçinin 127 aktiv vulkan var.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
27
ikisahil.az

1Mənbələr