Donald Tramp Ukrayna və Rusiyaya təzyiq göstərərək onları danışıqlar masasına oturtacaq, təəssüf ki, Putinə Ukraynanın 20 faizi qalacaq, 80 faizi demokratik və azad Ukrayna olacaq. Bunu NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin keçmiş baş komandanı Ceyms Stavridis “CNN”ə müsahibəsində bildirib.
Keçmiş yüksək rütbəli NATO rəsmisinin fikrincə, saziş çox güman ki, Koreya ssenarisi kimi davam edəcək və daha sonra 3-5 ildən sonra Ukrayna NATO-ya üzv qəbul olunacaq.
“Bu, ən pis nəticə deyil və bəlkə də Ukrayna böhranı belə başa çatacaq”. – Ceyms Stavridis deyib.
TAHİR