AZ

Deputat Mahir Süleymanlı növbəti dəfə vətəndaş qəbulu keçirib



Milli Məclisin deputatı Mahir Süleymanlının seçiciləri ilə görüşləri davam edir.

Newscenter.az millət vəkili Mahir Süleymanlının deputat qərargahına istinadən xəbər verir ki, Mahir Süleymanlı noyabrın 9-də Şabran rayonu Pirəbədil kəndində növbəti vətəndaş qəbulu keçirib.

Millət vəkili seçicilərin səsləndirdiyi problemlərin bəzilərini yerindəcə həll edib.

Digər məsələlər isə araşdırılması və aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.



Süleyman İsmayilbəyli
Seçilən
19
newscenter.az

1Mənbələr