AZ

La Liqa: "Barselona" səfərdə "Real Sosyedad"a uduzdu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İspaniya La Liqasının 2024/2025 mövsümünün 13-cü turunun "Real Sosyedad" və Kataloniya "Barselona"sının qarşılaşdığı matç başa çatıb.
Oxu.Az xəbər verir ki, komandalar San Sebastyandakı "Reale Arena" stadionunda qarşılaşıblar. Görüşü Gilermo Kuadra Fernandesin başçılıq etdiyi hakimlər briqadası idarə edib. "Real Sosyedad" "Barselona"nı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Matçın yeganə qolunu 33-cü dəqiqədə "Real Sosyedad"ın hücumçusu Şeraldo Beker vurub.
Keçirilən 13 oyundan sonra "Barselona" 33 xalla La Liqanın turnir cədvəlində birinci yerdədir. "Real Sosyedad" da eyni sayda oyundan sonra 18 xalla səkkizinci yerdə qərarlaşıb.
Seçilən
97
50
oxu.az

10Mənbələr