AZ

“Apple Watch” xəstəliklər barədə əvvəlcədən xəbər verəcək

“Apple Watch Series 8” və daha yeni modellərdə mövcud olan “Vitals” tətbiqi istifadəçilərin sağlamlıq vəziyyətini yaxından izləməklə xəstəlik əlamətlərinin əvvəlcədən aşkarlanması üçün yenilik təklif edir.
 
Bu funksiya istifadəçilərə COVID-19 və ya soyuqdəymə kimi xəstəliklərin erkən mərhələlərində simptomları hiss etməyə imkan verir.
 
“Apple Watch Series 8” və daha yuxarı modellərdə mövcud olan “Vitals” tətbiqi ilə istifadəçilərin yuxu zamanı alınan kritik sağlamlıq ölçüləri təhlil edilir ki, xəstəlik əlamətləri əvvəlcədən qeyd olunsun.
 
Bu xüsusiyyət sayəsində istifadəçilərə sağlamlıq vəziyyətini daha yaxşı başa düşməyə və erkən tədbirlər görməyə kömək edir.
 
Saatlar istifadəçilər yatarkən qəbul etdikləri məlumatlarını (ürək döyüntüsü, tənəffüs, bilək temperaturu, qanda oksigenin səviyyəsi və yuxu müddəti) izləyir və təhlil edir.
 
Tətbiq hər bir ölçmənin tipik diapazonunu müəyyənləşdirərək iki və ya daha çox ölçmə həmin diapazondan kənara çıxarsa, istifadəçiyə bildiriş göndərir.
 
Bu bildirişlər istifadəçiləri potensial sağlamlıq problemləri barədə xəbərdar edir və onların səbəbləri haqqında məlumat verir.
 
Lent.az
Seçilən
12
moderator.az

1Mənbələr