AZ

Rusiyada neft nəhəngi yaratmaq planı müzakirə olunur

Fins.az - “The Wall Street Journal”ın məlumatına görə, Rusiya hakimiyyəti “Rosneft”, “Qazpromneft” və “Lukoyl” şirkətlərinin birləşdirilməsi üzərində düşünür.

Bu addım həyata keçərsə, yeni qurum Səudiyyə Ərəbistanının “Aramco” şirkətindən sonra dünyanın ən böyük ikinci xam neft istehsalçısı olacaq. Analitiklər hesab edir ki, bu birləşmə Rusiya Federasiyasının qlobal enerji bazarlarına nəzarətini gücləndirəcək və Hindistan və Çinlə ticarətdə neftin qiymətlərini yüksəltməyə imkan verəcək.

Prezident Administrasiyası bu planla bağlı məlumatı təsdiqləməyib, “Rosneft” və “Lukoyl” nümayəndələri isə şərh verməkdən imtina ediblər.

Seçilən
29
fins.az

1Mənbələr