AZ

Tramp yenidən Britaniyaya səfər edə bilər: Jak Şirakdan sonra...

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ikinci dəfə Böyük Britaniyaya səfər edə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Guardian" Britaniya hökumətindəki mənbələrə istinadən yazıb.

Bildirilib ki, Trampın dövlət səfəri “hökumətin Mühafizəkarlardan Leyboristlərə və yeni monarx III Çarlza dəyişməsi və Trampın prezident kimi müddətləri arasındakı boşluğa görə” istisna edilməməlidir.

Amerika lideri Londona ilk dəfə 2019-cu ildə səfər edib.

Nəşrin mənbələri Trampın artıq Britaniya parlamentinin hər iki palatası qarşısında çıxış etmək üçün dəvət alması ilə bağlı yayılan xəbərləri təkzib ediblər.

Seçilən
20
publika.az

1Mənbələr