AZ

Bayden Trampla Ağ Evdə görüşəcək –Nələri müzakirə edəcəklər?

ABŞ prezidenti Co Bayden Donald Trampla çərşənbə günü Ağ Evin Oval kabinetində keçirəcəyi  görüşdə onu Ukraynaya dəstəini davam etdirməyə çağıracaq.

Azpost.info bildirir ki, bu barədə prezidentin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan CBS News-a bildirib.

Onun sözlərinə görə, Bayden və Tramp “əsas daxili və xarici siyasət prioritetlərini”, xüsusən də Avropa, Asiya və Yaxın Şərqdə baş verənləri müzakirə edəcəklər.

Prezident gələcək Tramp administrasiyasını Kiyevi tərk etməməyə çağıracaq. Çünki bu, Avropada daha böyük qeyri-sabitliyə səbəb ola bilər.

Sullivan deyib ki, Baydenin seçilmiş prezidentə əsas mesajı onun hakimiyyətin dinc yolla ötürülməsini təmin etmək öhdəliyi olacaq.

CBS-nin qeyd etdiyi kimi, belə görüşlər formalaşmış təcrübədir və səlahiyyət müddətini başa vuran prezidentdən seçilmiş prezidentə hakimiyyətin ötürülməsi prosesinin başlanğıcını qeyd etmək məqsədi daşıyır.

Seçilən
13
21
azpost.info

10Mənbələr