ABŞ nümayəndələr palatasının təmsilçisi Bayron Donalds yeni seçilmiş prezident Donald Trampın Ağ Evə qayıtdığı üçün tərtib edildiyi "qisas siyahısı"nın olmasını təkzib edib. Onun sözlərini Fox News sitat gətirib.
“Solçu demokratların bu yalanlarını dinləyən Amerika xalqına deyəcəyəm ki, bu, Donald Trampın heç vaxt dediyi və ya buna qətiyyən sadiq ola biləcəyi bir şey deyil. Heç bir düşmən siyahısı yoxdur!”, - Donalds bildirib.
O etiraf edib ki, sadəcə olaraq Trampa qarşı çıxan və onun xoşuna gəlməyən insanlar var. Lakin o, Trampın belə məsələlərə deyil, yalnız Amerika xalqına fokuslandığını iddia edib.
Donalds bildirib ki, Trampın əsas prioritetləri ölkənin cənub sərhədinin təhlükəsizliyini təmin etmək, miqrantları deportasiya etmək, iqtisadiyyatı və enerjini yaxşılaşdırmaqdır.
Tural