Ukrayna Silahlı Qüvvələri (VSU) "Donetsk Xalq Respublikası"nın (DXR) Konstantinovka bölgəsinin şərqində olan mövqelərini tərk edib. Bu barədə Rusiya mediasına hüquq-mühafizə orqanlarından məlumat verilib.
Mənbələrin sözlərinə görə, söhbət xeyli sayda mövqelərdən gedir.
Dünən Rusiya hərbçilərinin Konstantinovka istiqamətində Amerikaya məxsus M113 zirehli transportyorunu məhv etdiyi barədə məlumat yayılmışdı. Zirehli transportyor bir qrup əsgəri cəbhə xəttinə keçirməyə çalışırmış.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural