Ağır çəkidə sabiq UFC çempionu amerikalı Stipe Mioçiç bu çəkidə titulun indiki sahibi, həmyerlisi Con Consla döyüş ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, "YouTube" üzərindən yayımlanan "UFC Eurasia" kanalına danışıb:
"Con orta ağır çəkidə böyük uğurla vuruşub, amma mənim kimisi ilə üz-üzə gəlməyib. O, hər şeyi döyüş başlayanda anlayacaq. Çoxları məni hesabdan silir, amma mən insanların ağzını yummağı xoşlayıram. Conu əzişdirəcəm, söz verirəm. Onu bərk əzişdirib oktaqondan kəmərlə çıxacam".
Xatırladaq ki, Cons və Mioçiç UFC 309 turnirində qarşılaşacaqlar.
Nihat