AZ

İngilislər niyə nəhəng hörümçəkləri yetişdirib çölə buraxırlar?

İngiltərədə insan əli boyda böyüyə bilən minlərlə nəhəng hörümçək peyda olub. Bu, İngiltərənin "Chester" Zooparkında həyata keçirilən xüsusi yetişdirmə proqramı sayəsində reallaşıb. Bu barədə “The Guardian” yazıb.

"Məlum böyük hörümçəklər su ekosistemlərində mühüm rol oynayan zərərsiz bir araxniddir. Onlar yaşayış ərazilərinin itirilməsi səbəbindən 15 il əvvəl nəsli kəsilmək ərəfəsində idilər. Çester Zooparkı RSPB ilə birlikdə yüzlərlə hörümçək balasını böyütmək üçün onları ayrıca saxlamağa qərar verib. Hətta onları bir-birini yeməməsi üçün ayrıca borularda böyüdüblər”, - nəşr yazıb.

Müəllif qeyd edib ki, hörümçəklər vəhşi təbiətə buraxılacaq qədər böyüyənə qədər zooparkın bioloji cəhətdən təhlükəsiz bağçasında "pinset"lərlə qidalanıblar.

Tural

Seçilən
8
news365.az

1Mənbələr